Budapest Metropolitan University
Azərbaycan üzrə rəsmi nümayəndəlik
Sənədləri göndərmək üçün son tarix 30 may 2016-cı ildir, lakin bizə müraciət etməyə tələsməyiniz xahiş olunur. Ali məktəbə qəbul olmaq üçün lazım olan sənədləri info@study-hungary.com ünvanına mümkün qədər tez göndərmək lazımdır.

Hər proqram üzrə tələb olunan sənədlərin siyahısı:


Bakalavr proqramlarına qəbul üçün
:
1. Ərizə formasını bu keçiddən yükləyib doldurmaq;
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə, son 3 il (9, 10 və 11-ci siniflər) üzrə qiymət cədvəlini ingilis dilinə tərcümə və təsdiq etməlidirlər;
4. Ən azı IELTS 5.5 bal ingilis dili sertifikatı. IELTS sertifikatı olmayan şəxslər universitet və bizim nümayəndəlik tərəfindən Bakıda təşkil olunmuş ingilis dili imtahanından və Skype üzərindən müsahibədən keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.

Magistratura proqramlarına qəbul üçün:
1. Ərizə formasını bu keçiddən yükləyib doldurmaq;
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Bakalavr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Bakalavrın son ilində olanlar diplomun əvəzinə, bütün illər ərzində keçilmiş fənlər üzrə qiymət cədvəlini ingilis dilinə tərcümə və təsdiq etməlidirlər;
4. Ən azı IELTS 6.0 bal ingilis dili sertifikatı. IELTS sertifikatı olmayan şəxslər universitet və bizim nümayəndəlik tərəfindən Bakıda təşkil olunmuş ingilis dili imtahanından və Skype üzərindən müsahibədən keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.

İngilis dili kursları (hazırlıq) üçün:
1. Ərizə formasını bu keçiddən yükləyib doldurmaq;
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Son təhsil sənədinin (bakalavr və ya magistr diplomu, diplom olmadıqda isə hazırki təhsil müəssisəsindən arayışın) ingilis dilinə tərcümə və təsdiq olunmuş surəti (vacib deyil, amma arzuolunandır);
4. İstənilən növ ingilis dili sertifikatı (vacib deyil, amma arzuolunandır).

İncəsənət ixtisasları üzrə təhsil almaq istəyənlər yuxarıda sadalanan sənədlərlə bərabər keçmiş əl işlərinin portfoliosunu da təqdim etməlidirlər.