Budapest Metropolitan University
Azərbaycan üzrə rəsmi nümayəndəlik
Budapeşt Metropolitan Universitetinin kompüter otağı

Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanın cənubundə yerləşən Hodmezörvaşarhey (Hódmezővásárhely) bölgəsindədir. Əcnəbi tələbələr üçün dərslər Budapeştdə yerləşən aşağıdakı kampuslarda tədris olunur.


Nac Layoş Kiray küçəsindəki (Nagy Lajos király út) əsas korpus

Universitetin mərkəzi kompleksi öz müasir dairəvi binası ilə 2006-cı ildə açılıb. Bu bina Macarıstanın digər ali məktəblərinin binaları arasında ən unikallardan hesab edilir. Mərkəzi kampusun iki binası yaşıllıqla bol olan ərazidə yerləşir. Mühazirələr dairəvi binanın iki geniş mühazirə zalında aparılır. Hər zal 360 tələbə tutumuna malikdir. Bundan əlavə binada iki kiçik mühazirə zalı da var. Binada həmçinin 20-dən çox kiçik və orta ölçülü seminar otağı da mövcuddur. Bütün zallar və otaqlar müasir təhsil texnologiyaları ilə təchiz edilib. Informasiya texnologiyaları dərsləri və kursları üçün 9 otaq istifadəyə verilib. Dairəvi binada universitetin mərkəzi kitabxanası yerləşir. Kitabxanada təkcə kitablar deyil, həmçinin oxu zalı, internetə çıxış, fotokopiya, printer və skaner xidmətləri də tələbələrin ixtiyarına verilib. Tələbələr təhsil aldıqları zaman universitetdə bütün kampusu əhatə edən simsiz internet şəbəkəsindən istifadə edə bilərlər. Həmçinin, bir neçə yerdə kompyuter stansiyaları da yerləşdirilib. Binanın yeməkxanası 350 nəfəri qəbul edə bilər. Yeməkxana soyuq və isti yeməklər təklif edir, bundan başqa içki və qəlyanaltı maşınlarından da istifadə etmək olar. Havadan asılı olaraq tələbələr bağda da əyləşə, eləcə də kantində stolüstü tennis oynaya bilərlər.


Roja küçəsindəki (Rózsa utca) korpus

Bu küçədəki bina Tətbiqi İncəsənət institutuna aiddir. Şəhərin mərkəzinə yaxın yerləşən binada üç böyük mühazirə zalı, bir neçə seminar otağı və kompyuter otaqları yerləşir. Kompyuter otaqlarında tələbələr internetə daxil ola bilərlər, bununla belə binanın çox hissəsi simsiz internet ilə təchiz olunub. Bu binada həmçinin Turizm kitabxanası yerləşir. Burada da oxu zalı var, fotokopiya, printer və skaner xidmətləri tələbələrin ixtiyarındadır. Binanın tələbələr üçün yeməkxanası da mövcuddur.


Eqreşi küçəsindəki (Egressy út) korpus

Bu bina 2008-ci ildə istifadəyə verildi. Burada əsasən orta təhsil kursları və ali səviyyəli hazırlıq kursları təşkil olunur. Binanın böyük mühazirə zalı var. Bundan başqa tam təchiz edilmiş 10 seminar otağı, iki müxtəlif dil laboratoriyası və kompyuter otaqları da mövcuddur. Binada simsiz internet, iki idman zalı və 60 nəfərlik yeməkxana da var.


Ali məktəbin yataqxanası

Yataqxanada tələbələr üçün 2-nəfərlik otaqlar təklif olunur, aylıq kirayə haqqı 200 avrodur və bu qiymətə bütün kommunal xidmətlər, eləcə də simsiz internet daxildir.