Budapest Metropolitan University
Azərbaycan üzrə rəsmi nümayəndəlik

Budapeşt Metropolitan Universitetinin (ingiliscə Budapest Metropolitan University və ya qısaca Metropolitan University) Azərbaycan nümayəndəliyinin rəsmi veb-səhifəsinə xoş gəlmisiniz. Veb-saytı yaratmaqda məqsədimiz bu ali məktəbdə təhsil almaq istəyən şəxslərə universitet, onun proqramları, təhsil xərcləri və qəbul qaydaları haqqında məlumat verməkdir. Ali məktəbdə təhsil almaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Universitetin Azərbaycan üzrə rəsmi nümayəndəsi kimi bu ali məktəbə qəbul qaydaları, ərizə formasının doldurulması, viza proseduru və digər Sizi maraqlandıran suallara cavab verməyə hazırıq.

 
Budapeşt Metropolitan Universitetində mühazirə

Ali məktəb haqqında qısa məlumat

Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir və tələbələrin sayı 6000-ə yaxındır. Universitetdə biznes, incəsənət, media, kommunikasiya və turizm sahələri üzrə bakalavr və magistratura proqramları tədris olunur. Ali məktəb UNESCO-nun Ümumdünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir. Ali məktəb daha əvvəl "BKF" adlandırdı, 2015-ci ildən isə yeni adla (Budapeşt Metropolitan Universiteti) fəaliyyət göstərir.


Niyə Metropolitan Universiteti?

- Ali məktəbin tələbələri təhsillərini bitirdikdən sonra orta hesabla 2 aydan sonra iş tapa bilirlər. Bu göstərici, Macarıstanın universitetləri arasında ən yaxşı göstəricidir. Universiteti bitirən tələbələrin 1/3-i tamştatlı işlərə qəbul edilirlər. Bundan əvvəl isə onlar həmin şirkətdə təcrübə praktikasını keçirlər. Onlara təxminən 400-ə yaxın təcrübə yeri təklif olunur. Universitetin təxminən 51% tələbəsi artıq təhsil alan zaman iş tapmağa müvəffəq olur;

- Bu universitet müxtəlif növ araşdırmalara və sorğulara əsasən Macarıstanın ən yaxşı üç universitetindən biridir. Özəl təhsil ocaqları arasında isə top universitetlər arasındadır;

- Ali məktəbin müəllimlərinin 78 %-nin doktorantura (PhD) və ya ona ekvivalent akademik dərəcəsi var;

- Universitetin Kommunikasya və İncəsənət departamentləri öz ixtisaslaşmasına görə Macarıstanın ən böyük departamentləridir. Müxtəlif mənbələr göstərir ki, burada kommunikasiya sahəsində təhsil alan tələbələr Macarıstanın ən yaxşı tələbələridir;

- Sosial elmlər üzrə oxuyan tələbələrin fkirincə, bu universitet karyera inkişafı və iş tapmaq baxımından bir nömrəli universitetdir. Çünki universitetin iş bazarındakı şirkətlərlə geniş münasibəti var;

- Milli Ali Təhsil Reytinqi Sisteminə görə, ali məktəbin Turizm fakültəsi Macarıstanda turizm sahəsində sürətlə irəliləyən fakultələrdən biridir. Proqramın keyfiyyəti, xidmətlərin standartları və universitetin geniş professional şəbəkəsinə görə Beynəlxalq Biznes İqtisadiyyatı proqramı tələbələr tərəfindən ən yaxşılardan hesab edilir. Macarıstanın aparıcı 10 ali məktəbində Biznes İqtisadiyyatı və Menecment sahəsində təhsil alan tələbələrinə göstərdiyi xidmətə görə bu ali məktəb dörd müxtəlif kateqoriyada birinci yerdədir.


Ali məktəb barədə ətraflı məlumatı Vikipediyada azərbaycanca yazılmış məqalədə və universitetin Beynəlxalq Təlim Mərkəzinin rəhbəri Zoltan Dobakın müsahibəsində oxuya bilərsiniz. Ali məktəbin fotolarına isə Facebook səhifəmizdəki albomda baxa bilərsiniz.